Koronavirusun tədqiqatı üçün 10 milyon avro

Koronavirusun tədqiqatı üçün 10 milyon avro

Koronavirusla bağlı tədqiqatlar üçün 10 milyon avro ayrılacaq. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat yayılıb.

Məlumata görə, Avropa Komissiyası yeni tip koronavirusun tədqiqat layihələri üçün 10 milyon avro ayırmağa hazırdır.

"Avropa Komissiyası koronavirusun lazımi tədqiqatlarını "Horizon 2020" tədqiqat və innovasiya proqramının fondundan 10 milyon avro dəyərində təcili olaraq stimullaşdırır", deyə məlumatda bildirilir.

Vəsaitin koronavirus epidemiyası ilə bağlı məlumatların dərinləşdirilməsi üçün istifadə ediləcəyi qeyd edilb və bundan əlavə, pulun virusa yoluxmuş xəstələrə daha səmərəli qulluq göstərməsinə töhfə verəcəyi vurğulanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə