Merkel və Putin arasında telefon danışığı olub

Merkel və Putin arasında telefon danışığı olub

Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki lider Berlində keçirilən Liviya konfransında qəbul edilən qərarların icrası ilə bağlı mövzuları müzakirə ediblər.

Rusiya Prezidenti BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq və ya təsdiqlənəcək təkliflərin Liviya tərəfləri ilə də müzakirə olunmasının önəmli olduğunu qeyd edib. Hər iki tərəf davamlı atəşkəs və siyasi dialoqun təmin edilməsi üçün beynəlxalq səylərinin gücləndirilməsini məqsədəuyğun hesab etdiklərini bildiriblər.

Qeyd edək ki, Angela Merkel və Vladimir Putin Ukrayna və Suriyadakı vəziyyəti, həmçinin Yaxın Şərqdəki sülh prosesini də müzakirə ediblər. Onlar ABŞ-ın Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həll planı ətrafında da fikir mübadiləsi aparıblar.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə