Avtobus qəzasında 14 nəfər öldü

Avtobus qəzasında 14 nəfər öldü

Boliviyada avtobus qəzası nəticəsində on dörd nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Pagina siete” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki? Boliviyada bir avtobusla törədilən qəza nəticəsində on dörd nəfər ölüb. Faciənin cümə günü səhər saatlarında Coripata-La Paz magistral yolunda baş verdiyi bildirilir.

İlkin məlumatlara görə, avtobusda əyləclər sıradan çıxıb və avtobusu dayandırmaq mümkün olmayıb.

Bildirilir ki, on doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və yaxınlıqdakı xəstəxanalara göndərilib. Xəsarət alan və xəstəxanalara göndərilənlər arasında beş uşaq da var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə