İran hərbçilərinin yanvarın 8-də İraqın Eynul-Əsəd bölgəsindakı ABŞ-a məxsus hərbi bazaya raket zərbəsi nəticəsində yaralanan hərbçilərin sayı 64-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon mənbələri məlumat veriblər.
Pentaqon mənbələri bildirib ki, İranın raket zərbələri nəticəsində kəllə-beyin travması və beyin silkələnməsi dianozu ilə xəsarət alanların sayı 64 nəfərə çatıb.
ABŞ Müdafiə Nazirliyi mənbələri bundan öncə sözügedən hücumda 50 əsgərin xəsarət aldığı və onlardan 20-in müalicə üçün İraqdan xaricə aparıldığını bildirmişdilər.
Qeyd edək ki, İranın bu ballistik hücumu, ABŞ-ın Qasim Süleymanini, Əbu-Mehdi əl-Mühəndisi və digər 8 iraqlı və iranlı hərbçini terror etməsinin cavabında həyata keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB