ABŞ Konqresi İranla bağlı qanun qəbul etdi

ABŞ Konqresi İranla bağlı qanun qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı hərbi əməliyyatları məhdudlaşdıran qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, Demokratlar Partiyasının 228 üzvü qanun layihəsinin lehinə, 175 respublikaçı isə əleyhinə səs verib.

“İran ilə müharibə olmasın” adlanan qanun ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını maliyyələşdirməyi qadağan edir. Qanuna görə, Prezident Konqresin icazəsi olmadan hərbi əməliyyatlara başlamaq əmri verə bilməz.

Lakin qanunun Konqresin yuxarı palatası hesab edilən Senatdan keçəcəyi şübhə doğurur. Senatda respublikaçılar çoxluq təşkil etdiyindən qanunun qəbulunun lehinə səs verməyəcəkləri ehtimal olunur. Ağ ev bəyan edib ki, qanun qəbul olunarsa, Prezident Donald Tramp veto hüququndan istifadə edəcək və sənəd qüvvəyə minməyəcək.

Xatırladaq ki, ABŞ-ın Demokratlar Partiyası Prezident D.Trampın İran siyasətini kəskin tənqid edir. Demokratlar bildirirlər ki, Prezidentin bu siyasəti ABŞ-ı təhlükə ilə üz-üzə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə