Türkiyə Azərbaycan vətəndaşlarını Uhandan gətirir: təyyarə yola düşdü
Koronavirus epidemiyasının yayıldığı Çinin Uhan şəhərindəki türk vətəndaşlarını gətirmək üçün Türkiyədən hərbi yük təyyarəsi yola düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Etimesgut Hərbi Hava limanından qalxan “Koca Yusuf" adlı hərbi yük təyyarəsi ilə Türkiyəyə gələcək sərnişinlər və ekipaj üzvləri xüsusi paltarlar geyinəcək. Bundan başqa, təyyarədə lazımı tibbi və ərzaq məhsulları var.
Türkiyə Səhiyyə Nazirliyi tərəfindən planlaşdırılan böyük evakuasiya əməliyyatı çərçivəsində 2 infeksiya mütəxəssisi və 4 infeksiyaya nəzarət edən tibb bacısının olduğu təyyarə Türkiyə vaxtilə bu gün 12.05-də uçub.
Qeyd edək ki, təyyarə Uhanda yaşayan və Türkiyəyə qayıtmaq istəyən 34 Türkiyə vətəndaşı ilə birlikdə 7 azərbaycanlı, 7 gürcü və 1 alban vətəndaşını da Türkiyəyə gətirəcək.
Ümumilikdə 49 nəfər müayinə olunduqdan sonra təyyarə ilə Türkiyənin paytaxtı Ankarada hazırlanan xəstəxanada karantin otağına yerləşdiriləcəklər.
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB