Koronavirus, yaxud “irqi bomba” TƏHLİL

Koronavirus, yaxud “irqi bomba” TƏHLİL

ABŞ və Çin arasında “ticarət barışığından” sonra ticarət sahəsində yenicə rahatlıq yaranırdı ki, koronavirus adlı bəla ortaya çıxdı. Amma bu bəlanın ortaya çıxması heç da qəflətən peyda olma kimi görünmür. Yəni, heç də təbii şəkildə, öz-özündən yaranması inandırıcı deyil. Çünki, bu bəla dediyimiz cəmi bircə ay ərzində təkcə fiziki deyil, həm də iqtisadi təsirlərini də göstərdi. Neftin qiymətinin aşağı düşməsi kimi nümunələrdən çoxdur və bunların təsadüfi olmasına inanmaq sadəlövhlük olardı. Çünki, bu pandemiyanın iqtisadi və maliyyə təsirini pisləşdirən dəyişikliklər əhəmiyyətli dərəcədə çoxdur.

Qlobal iqtisadiyyatda və ticarətdə Çinin rolunun ÜDM-də 9 faizdən 21 faizə, ixracda isə 5 faizdən 14 faizə qədər sürətli şəkildə artması göründüyü kimi həzm edilə bilmir. Məhz bu aspektdə yanaşsaq, xammal istehlakındakı pay baxımından da Çinin qarşı qərəzlərin daha da artığının bir reallıq olduğunu görürük. Hətta indi bütün dünyada bu virusun ancaq monqoloid irqinə təsir edici olması barədə də bildirilir və koronavirusun “irqi bomba” olması barədə şayələr də yayılır.

Ən qəribə məqam odur ki, epidemiyanın başlaması Çin ilə ABŞ arasında ticarət razılaşması üzrə danışıqların son hissəsi və eyni zamanda Çinin əsas əyalətləri və bölgələrində kadr dəyişikliklərinin müzakirəsi ilə üst-üstə düşür. Nəzərə almaq lazımdır ki, Pekin üçün belə bir epidemiyanın, koronavirusun yayılması çox ağrılıdır. Uhan özü Çinin ən böyük logistika mərkəzidir və burada ölkənin hava, dəmir yolu, çay və nəqliyyat xidmətləri birləşdirilir. Çini araşdıran alimlər buranın əhəmiyyətini xüsusilə vurğulayırlar və dünyanın müxtəlif yerlərindəki nəqliyyat qovşaqlarının rolu ilə müqayisə edirlər.

Daha bir düşündürücü məsələ virusun, xəstəliyin yeni il ərəfəsində ortaya çıxmasıdır. Çinlilər bu yeni il tətilini xüsusi olaraq fərqli şəkildə qeyd edirlər. Təsəvvür edək ki, milyard yarımdan çox əhalisi olan bir ölkədə səyahət etmək niyyətində olan nə qədər adam ola bilər. Hər il, ələlxüsus yeni il ərəfəsində və bu tətil müddətində on milyonlarla çinli ölkə daxilinə və xaricə səyahət edir. Amma bu il bunun əksini müşahidə edirik. Yəni, bu günlərdə sanki Uhan tam mühasirəyə alınıb. Sanki, Çinin bu şəhəri qalan hissəsindən kəsilərək ayrılıb. Uhan merinin sözlərinə görə, 5 milyondan çox insan şəhəri tərk etməyə müvəffəq olub, amma hələ 9 milyona yaxın insan qalıb. Bir-birinin ardınca indi də Çinin bütün şəhərlərini mühasirəyə alma qərarı verilir. Ölkədə karantin tətbiq olunub və ordu, polis qüvvələri, 50 milyondan çox insanın yaşadığı şəhərlərə giriş və çıxışı bağlayıb.
Əvvəla, Çin iqtisadiyyatın disorganizasiyası, logistika sahəsindəki fors major, eləcə də Çin və Asiya fond bazarlarında sürətlə böyüyən gərginliklər səbəbindən ölkə milyardlarla itki ilə üzləşib. Digər tərəfdən də koronavirus səbəbiylə artan daxili gərginlik, Çin rəhbərliyinin bütün diqqət və səylərinin yalnız bu istiqamətdə cəmləşməsini tələb edir. Bu da, əlbəttə ki, onu ABŞ-la ticari və iqtisadi rəqabətdən, eləcə də müxtəlif beynəlxalq problemlərin həllində iştirakdan yayındırır. Əslində, bu məqam ABŞ üçün son dərəcə sərfəlidir. Məhz bu baxımdan, Çində müşahidə olunan bu hadisələrdə Amerikanın əlinin olduğu, yaxud, ən azından maraqlarının təmin olunması işinə yaradığı qənaətinə gəlmək olur. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının sədri Si Tszinpin, bu yaxında Kommunist Partiyasının siyasi bürosunun fövqəladə iclasını keçirməyə məcbur oldu və ölkənin çətin vəziyyətdə olduğunu etiraf etdi.

Etiraf edilməlidir ki, həddindən artıq şişmiş qlobal media çaxnaşması xaricdəki çinlilərə ciddi imic zərbəsi də vurur. Son illərdə bir çox Avropa, Asiya və Latın Amerikası ölkələrinin turizm mərkəzləri və paytaxtları yüz minlərlə, hətta milyonlarla Çin turistinə alışıb. Onlar yalnız attraksionları ziyarət etmirlər. Həm də Avropanın, Asiyanın, Amerikanın restoran, ticarət, eləcə də digər sahələrinə böyük miqdarda vəsaitlər yatırırlar. Buna baxmayaraq, indi Avropada, Asiyada, Amerikada yaşayanlar koronavirusla bağlı vəziyyətlə əlaqədar olaraq istər ilanlar, istər yarasalar, istərsə də hansısa gəmiricilərlə qidalanaraq virusa yoluxan, ya heç yoluxmayan çinliləri real təhlükə və evlərinə, ailələrinə, iş yerlərinə, yaşadığı şəhərlərə, ölkələrə potensial virus daşıyıcısı hesab edirlər. Hazırda çinlilərin bütün dünyada mənzərəsi budur və bu mənzərə tarixdə vəba kimi yadda qalan görüntüdən daha təsirli, daha qorxunc xarakter alıb. Həqiqətən dünyanın müxtəlif yerlərində dəhşətli virus səbəbindən çinlilərdən artıq hamı qorxmağa başlayıb. Bəs bu universal çaxnaşmadan kim faydalanır?
Beləliklə, əlbəttə ki, Çində baş verən hadisələr Pekini diz üstə çökdürməyə çalışan hazırkı ABŞ Administrasiyasına sərfəlidir. Son bir ildə Trampın hərəkətləri nəticəsində ABŞ-Çin ticarəti 15% azalıb. Bundan əlavə, əslində, imzalanmış ticarət sövdələşməsi çərçivəsində ABŞ-dan malların, o cümlədən, neft və qazın təxminən 200 milyard dollara məcburi idxalı şəklində kompensasiya ödəməyə indi Amerika Birləşmiş Ştatları qarşı tərəfi məcbur edir. Epidemiya, əlbəttə ki, Çinin mövqeyini zəiflədir və artıq ABŞ-ın əlavə təzyiqlərinə ehtiyac qalmır.

Nəzərə almaq lazımdır ki, Çində ciddi daxili siyasi mübarizə də gedir. Hakimiyyətdə olanların hamısı Tszinpin tərəfdarı deyil. Hal hazırda Siyasi Büronun üç üzvü və Baş Qərargahın keçmiş rəisi ömürlük cəza çəkir. Qeyd olunmalıdır ki, ciddi daxili siyasi mübarizə özü də baş verən hadisələrə rəvac verir. Belə bir məqamda bir də üstəlik hər hansı bir yeni virus təhlükəsi bəzi şirkətlərin səhmlərinin kəskin enməsinə və nəhəng dərman şirkətlərinin səhmlərinin və mənfəətlərinin sürətlə artmasına səbəb olur. Müvafiq olaraq, baş verənlər, zəifləməkdə olan bazara maraqlı birja spekulyatorları və böyük dərman şirkəti sahibləri üçün faydalıdır.
Belə çıxır ki, onlardan hansısa, məqalənin əvvəlində qeyd olunduğu kimi, Çinin mərkəzindəki, Uhandakı bazarda bioloji silahdan istifadə əmrini verib. Bundan əlavə, adi müharibələrdən fərqli olaraq kiber və ya bioloji müharibələrin nə vaxt başlandığı bilinmir. Bir qayda olaraq, müəyyən hərəkətlərin nəticələri artıq özünü göstərir. Buna görə, hücumu kimin həyata keçirdiyini 100% əminliklə müəyyən etmək çətindir. Bio-hücum versiyasında yalnız bircə dənə uyğunsuzluq var. Uyğunsuzluq odur ki, koronaviruslar ölüm səviyyəsinin aşağı olması səbəbindən bioloji silahların potensial komponentləri siyahısına daxil edilməyib. Siyahıya, Sibir xorası, Ebola, Marburg və digərləri daxil edilib ki, onlar da ölüm sayının daha artıq olması ilə seçilir.

Xatırlayaq ki, Tramp seçki kampaniyası zamanı alternativsiz sağçı qruplar adlanan bəzi qruplar, o cümlədən ağ irqçilər, neofaşistlər, sui-qəsd nəzəriyyəçiləri, genetik, etnik silah mövzusunu geniş müzakirə etdi və Amerikada yazdılar ki, quş qripi virusu ağ irqə qarşı bioloji silah sınağının uğursuz bir Çin nümunəsidir. Deməli, ABŞ belə bir hücumun mövcudluğunu özü də qəbul edir və belə olan halda onların da bu silahdan istifadə etməsi versiyası tam həqiqətə uyğun gəlir. Müzakirənin bu məqamında 2003-cü ildə Çində yayılmış professorun SARS epidemiyası barədə Çin televiziyasında çıxışının detallarını xatırladıqda məsələnin mahiyyəti daha aydın şəkildə özünü büruzə verir. Professor hələ o zaman demişdi ki, SARS ABŞ-ın Mərkəzi Kəşfiyyat Orqanı tərəfindən çəxsusi olaraq çinlilərin öldürülməsi üçün hazırlanıb və bir yaponiyalıya belə təsir etmir. Yenə də məqalənin əvvəlində qeyd etdiyimiz “irqi bomba” ifadəsini xatırlatmalı oluruq və çox güman ki, şayə kimi qiymətləndirilən fikirlər həqiqətə daha yaxındır.

Görünür, Çinə qarşı virus hücumunu təkrarlamaq qərarına gəlinib. Ancaq bu dəfə nəticələr daha dəhşətlidir. Məkan və vaxt onların nəzərində çox uğurla seçilib. Yeri gəlmişkən, Uhanda bir Çin-Fransız laboratoriyası var və burada dünyanın ən dəhşətli patogenləri, bioloji silahın potensial komponentləri olan Ebola, Marburq araşdırılır. Bəlkə də yeni virusun izlərini də burada axtarmaq mümkündür. Təhlükəli olan “cinin” şüşədən azad edilməsi ehtimallar sırasındadır. Amma ən çox yayılan “irqi bomba” barədə versiyalardır ki, bu məhz çinlilərə qarşı yönəlib. Bu versiyanın inandırıcı olmasını təsdiqləyən ABŞ-la Çin arasındakı qeyd edilən iqtisadi rəqabətdir və indi bütün dünya buna daha çox inanır. Nəticələr, yəni Çinin külli miqdarda, milyardlarla itgisi və özü də bunun cəmi bircə ayda baş verməsi bu fikrin üzərində israrla dayanmağa daha çox təşviq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə