Çində bütün dünyanı da diqqqət mərkəzinə toplayan koronavirus günü-gündən əhali arasında kütləsini artırmağa davam edir. Bununla bağlı qlobal aləm həyəcan təbili çalır. Proseslər Çin və onun iqtisadiyyatı cəhətdən daha dəhşətli mənzərəyə gətirib çıxarır. Belə ki, virus həm ölkənin turizm sektoruna, həm istehsal və istehlak prosessinə, həm də makroiqtisadi proseslərin gedişatına mane olur. Bütün dövlətlər hazırda Çinlə olan gediş-gəlişi, eyni zamanda məhsul mübadiləsini dayandırmış vəziyyətdədirlər.
Qeyri-rəsmi statistikaya əsasən Çinin ölkədaxili istehsalatını 3 faiz aşağı düşdüyü məlum olub. Belə ki, əgər belə davam etsə bu sahibkarlara böyük ziyan vuracaq.
İqtisadi böyüməni analiz edən beynəlxalq təşkilat “Standart and Poors” Çinin bu ilki inkişaf səviyyəsinə ziyan vurcağını proqnozlaşdırıb. Belə ki, bu rəqəm 1,2 faiz olduğu halda daha da aşağı düşə bilər.
Digər tərəfdən bu situasiya neftin dünya bazarındakı qiymətinə də təsir edə bilər. Dünya bazarında neftin bir bareli 60 dollardan aşağı düşə bilər.
Dünya üçün ucuz işci qüvvəsinin mərkəzi sayılan Çində istehsalat prosesinin dayanması bir çox brend məhsulların qiymətində artışa gətirib çıxara bilər.
Hazırda Çinin turizm sektoru sözün əsl mənasında çöküş yaşayır. Ölkəyə giriş və çıxış demək olar ki dayandırılıb.
Bütün bu Çin daxili proseslərin birbaşa qlobal iqtisadiyyata da təsir etməsi gözlənilir. Eyni zamanda Çinin sabit hesab olunan valyutasının da yerindən oynaması qaçınılmaz hesab olunur. Çin hökuməti iqtisadi cəhətdən çətinliklər yaşaya biləcəklərini açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB