Bütün dünyanı sarsıdan koronavirusla bağlı xəbərlərin ardı-arası kəsilmir. Çin mediası hökumətin həqiqi rəqəmləri gizlətdiyini və cəsədlərin qeydə alınmadan yandırıldığını bildirib. Uhanda başlayan və bu günə qədər 22 ölkədə minlərlə insanın yoluxduğu koronavirusla bağlı şübhələr artmağa davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kütləvi ölümlərdən sonra Çin hökuməti xəstəliyə yoluxan və bu səbəbdən ölən insan sayını tam şəkildə açıqlayacağına dair söz versə də buna əməl etmir.
Çinin xəbər saytı “Initium”da yayımlanan reportaj nəticəsində məlum olub ki, xəstəlikdən ölənlərin cəsədləri rəsmi qeydiyyat aparılmadan yandırılır.
Beynəlxalq media qurumlarının Çindəki müxbirlərinin sözlərinə görə, virusla bağlı bəzi məlumatlar gizlədilir və faktiki rəqəmlər elan ediləndən qat-qat yüksəkdir.
Qeyd edək ki, Çin Kommunist Partiyası koronavirus haqqında danışmaması üçün xalqa təzyiq göstərir.
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB