Silahlı şəxs Çexiya Parlamentinin binasına girməyə cəhd edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Parlamentin spikeri Radek Vondracek jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bıçaqla silahlanmış bir adam, cümə axşamı, toplantının keçirildiyi Çexiya parlamentinin binasına girməyə çalışıb.
"Bıçaqla silahlanmış bir adam bu gün parlamentin aşağı palatası deputatlarının toplantısının keçirildiyi binaya girməyə çalışıb. Girişdə onu saxlayan polisləri o hədələyib. Xoşbəxtlikdən hadisədə heç kim xəsarət almayıb", deyə Vondrachek bildirib.
Parlamentin spikerinin sözlərinə görə, yoxlama zamanı üzərində daha bir bıçağın olduğu müəyyən edilən həmin şəxs yaxınlıqdakı polis bölməsinə təhvil verilib və burada səbəblər dəqiqləşdirilir.
"Görünür, binanı qorumaq üçün əlavə tədbirlər görülməli olacağıq", deyə parlament sədri vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB