Çini kim "dövrümüzün təhdid mərkəzi" adlandırdı?

Çini kim "dövrümüzün təhdid mərkəzi" adlandırdı?

Pompeo Çin Kommunist Partiyasını "dövrümüzün təhdid mərkəzi" adlandırır. SİA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Terrorla bağlı hələ də ayıq-sayıq qalmalıyıq. Çin Kommunist Partiyası dövrümüzün təhdid mərkəzidir", deyə agentlik Pompeodan sitat gətirir.
Xatırladaq ki, bir müddət əvvəl Çin Xarici İşlər Nazirliyi, Pompeonun, Çin Kommunist Partiyasından qaynaqlandığı iddia edilən Qərb dünyası üçün bir təhdid iddialarına etiraz edib və onları "ideoloji xurafat və soyuq müharibə dövrünün düşüncəsi" adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə