Rus təyyarələri İdlibə hava hücumu edib

Rus təyyarələri İdlibə hava hücumu edib

Rus döyüş təyyarələrinin İdlibin cənubundakı Əriha bölgəsində xəstəxana və çörək zavoduna etdiyi hücumlarda 10 mülkü şəxs ölüb, 37-si yaralanıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Müxalifətin verdiyi məlumata görə, Rusiya qırıcıları gecə saatlarında İdlibin Əriha şəhərində bir çox nöqtəyə hücum edib.

Mülki Müdafiə mənbələrindən əldə edilən məlumata görə, 10 mülki şəxsdən, 4-ü xəstəxana bombardman nəticəsində həyatını itirib. Ərihaya hücum zamanı xəstəxana yararsız hala düşüb.

Mülki Müdafiə qrupları yaralıları müalicə üçün ətrafdakı xəstəxanalara təxliyyə edib, hadisə yerində axtarış-xilasetmə və dağıntılardan təmizləmə işlərini davam etdirilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə