Daron Əcəmoğlu Türkiyənin Fransadakı səfiri olmaqdan imtina edib

"Daron Əcəmoğlu Türkiyənin bu qərarından çox məmnunluq hissi duyur. Lakin yaxın gələcəkdə akademik işi ilə əlaqədar bu vəzifədə işləyə bilməyəcək. SİA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Fransaya səfir təyin etmək istədiyi erməni əsilli türk alimi Daron Əcəmoğlunun assistenti Loren Faxeya deyib. O, qeyd edib ki, artıq bununla əlaqədar Türkiyənin hakim dairələri məlumatlandırlıb.

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir neçə gün bundan öncə Türkiyənin Fransaya səfir təyin ediləcək şəxsin erməni əsilli türk alimi, dünyanın məşhur iqtisadçılarından Daron Əcəmoğlu olcağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə