5,7 bal gücündə zəlzələ baş verib

5,7 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Molukka dənizi sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xəbəri ABŞ-ın Geoloji Xidməti yayıb. Yeraltı təkanlar Ternate şəhərindən 116 km. qərbdə qeydə alınıb. Ocaq yerin 15 km. dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə