Gürcüstan Çin ilə hava nəqliyyatına qadağa tətbiq edib

Gürcüstan Çin ilə hava nəqliyyatına qadağa tətbiq edib

Gürcüstan yanvarın 29-dan Çin ilə hava nəqliyyatına qadağa tətbiq edib. Eyni zamanda, Gürcüstan əsas idxal tərəfdaşlarından biri olan Çindən təkrar idxal və tranziti də qadağan edib.

SİA xəbər verir ki, bu barədə Gürcüstan hökuməti tərəfindən müvafiq qərar qəbul olunub.

Məlumat üçün qeyd edək ki, Çin Gürcüstanın üçüncü əsas idxal tərəfdaşıdır. Ötən il Gürcüstan Çindən 858,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Rəsmi Tbilisi yanvarın 27-də Çindən diri heyvanların idxalını dayandırıb. Qeyd edək ki, bu qadağalar Gürcüstanın koronavirusla mübarizə tədbirləri çərçivəsində həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə