27 yaşayış məntəqəsi Suriya hökumət qüvvələrinin nəzarəti altına keçib

27 yaşayış məntəqəsi Suriya hökumət qüvvələrinin nəzarəti altına keçib

İdlib de-eskalasiya zonasının azad edilmiş ərazilərindəki 27 yaşayış məntəqəsi Suriya Ərəb Respublikasının (SƏR) hökumət qüvvələrinin nəzarəti altına keçib.

SİA xəbər verir ki, bu barədə Suriyada müharibə edən tərəflər arasında barışıq üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov brifinqdə bildirib.

“İndiyə qədər 27 yaşayış məntəqəsi İdlib de-eskalasiya zonasının azad edilmiş ərazilərində hökumət qoşunlarının nəzarəti altına keçib. Onlar adi insanların normal həyata tez qayıtması üçün əllərindən gələni edirlər”, - Borenkov belə deyib.

Məlumata görə, əvvəllər SƏR hökumətinin nəzarətində olan ərazidə terrorçuların təzyiqlərindən qaçan 30-50 min sakin buraya qayıtmağa hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə