“BMT İsrail-Fələstin münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək” - Antonio Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq münaqişəsinin nizamlamasına dair planına münasibət bildirib.

SİA qurumun rəsmi saytına istinadla xəbər verir ki, Baş katib BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyanın Yaxın Şərqdə sülh məsələləri ilə bağlı qərarlarını rəhbər tutacağını deyib.

“Birləşmiş Millətlər Təşkilatı İsrail və Fələstinin 1967-ci ildən əvvəl mövcud olan sərhədlər çərçivəsində dinc yanaşı yaşamaq prinsipini əks etdirən müvafiq qətnamələri əsasında münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirəcək”, – deyə A.Quterreş söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə