Parisdəki etiraz aksiyalarında saxlanılanlar var

Fransanın paytaxtı Parisdə hökumətin təqdim etdiyi təqaüd islahatı planına qarşı etiraz aksiyası zamanı polis tərəfindən 13 nəfər saxlanılıb. Parisin polis prefekturasının "Twtter" səhifəsində paylaşılıb ki, onlar üzlərini maska ilə örtdükləri üçün saxlanılıblar. Qeyd edək ki, ən iri həmkarlar ittifaqları tərəfindən bu gün Parislə yanaşı, ölkənin digər iri şəhərlərində də etiraz nümayişləri keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə