Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib

Tacikistanda dünyanın ən yaşlı qadını hesab edilən Fatimə Mirzəqulova 128 yaşında vəfat edib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, 1893-cü ilin 13 mart tarixində hazırkı Xətlan əyalətinin Yavan dairəsinin Dahan kəndində döğulan F.Mirzəqulova kolxozda pambıqçı işləyib, təqaüdə çıxandan sonra da tarlada işləməkdə davam edib.

8 övlad anası olan Fatimə xanımın 200 nəvəsi, nəticəsi və kötücəsi var. O, şənbə günü ölkənin şimalındakı Soğd əyalətinin Dakhana şəhərinin qəbiristanlığında dəfn edilib. Rəsmi statistik məlumata görə, Tacikistanda yaşı 100-ü ötmüş 78 nəfər yaşayır ki, bunların 50-si xanımlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə