Parisdə pensiya islahatlarına qarşı növbəti etiraz aksiyaları başlayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Parisdə pensiya islahatlarına qarşı digər etiraz aksiyası İtaliya meydanından start götürüb.

Nümayişçilər bir daha CGT, FSU, FO, Solidaires də daxil olmaqla Fransanın ən böyük birlikləri tərəfindən təşkil edilib.
Ənənəvi şüarlar və pensiya sisteminin ləğvi çağırışları ilə aksiya iştirakçıları Parisin 13-cü məhəlləsində Avenue de Goblins və Bulvar Por Royal boyunca irəliləməyə başlayıblar.
Yürüşün Əlillər Evinin yaxınlığındakı Vauban Meydanında sona çatması gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə