Ölkələr vətəndaşlarını geri qaytarır

Hazırda dünyanın əsas gündəmini təşkil edən kronovisusla bağlı görülən tədbirlər bütün ölkələri birbaş narahat edir. Belə ki, əksər dünya ölkələri Çinə olan uçuşları müvəqqəti olaraq dayandırıb. Çinin Uhan şərində xarici vətəndaşlığı olan yüzlərlə insan karantin rejiminə məruz qalıb. Bunlar arasında azərbaycanlı vətəndaşlar da az deyil.

Artıq bu gün ərzində Böyük Britaniya Uhan karantində olan 200-ə yaxın vətəndaşını geri çağırıb. Onlar hələ bundan sonra da 2 həftə ərzində karantində saxlanılacaqlar.

Həmçinin Avstraliya, Yaponiya, ABŞ və Avropa birliyi də vətəndaşlarını geri qaytarır. Hazırda virus Çindən əlavə 16 ölkəyə də yayılıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Çinin Uhan şəhərində təhsil alan və karantinə görə şəhəri tərk etməyə icazə verilməyən 7 azərbaycanlı tələbə ilə bağlı Çin hökumətiylə danışıqlar aparılır.

Nigar MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...