Avtobus üç təkərli maşın ilə toqquşdu 27 nəfər həyatını itirdi

Hindistanın qərbindəki Maharashtra əyalətində bir avtobus və üç təkərli taksi ilə toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, polis məmuru Maharashtrada avtobusun toqquşması nəticəsində qəzada 7 yaşındakı bir uşaq da daxil olmaqla, 27 nəfərin öldüyünü söyləyib. Avtobusda olan digər 33 nəfər isə avtobusdan çıxarılaraq xəstəxanalara aparılıb.

Qeyd edək ki, yerli mediada yayımlanan videolarda ətrafdakıların sərnişinlərin çuxura düşən avtobusun arxa pəncərəsindən çıxaraq özlərini xilas etmək istədikləri görülür.
Baş nazir Narendra Modi həyatını itirənlərin yaxınlarına başsağlığı verib və yaralıların ən qısa müddətdə sağalmalarını arzulayıb.

Bildirək ki, Hindistanda hər il təxminən 150 min insan baxımsız yollar, köhnə nəqliyyat vasitələri, sərnişinləri daşıyan avtobuslarda və ehtiyatsız sürücülərin yaratdığı yol qəzalarında ölür.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə