Çinin futbol komandası Avstraliyada saxlanıldı

Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, Tibet Muxtar Vilayətindən başqa bütün ölkəyə yayılan 2019-nCoV epidemiyasından 132 nəfər həlak olub. Xəstəliyə yoluxmuş 5974 nəfərdən 1239-u isə ağır vəziyyətdədir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yoluxucu xəstəliyə Çindən başqa, Taylandda 14, Yaponiyada 7, Sinqapurda 5, ABŞ-da 5, Avstraliya, Fransa, Almaniya və Cənubi Koreyada 4, Malayziyada 3, Vyetnamda 2, Nepal, Kanada, Kamboca və Şri Lankada 1 nəfər yoluxub.
Digər tərəfdən isə Çinin qadınlardan ibarət futbol komandası və onları müşayiət edən 32 nəfərin matç üçün getdikləri Avstraliyada profilaktik məqsədlə karantinə alındıqları bildirilib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə