Tacikistanda 5 bal gücündə zəlzələ baş verib. SIA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umeda Yusufi informasiya verib.
İnformasiyaya görə, Tacikistanda saat 14.10-da 5.0 bal gücündə zəlzələ qeydə alınıb.
"Zəlzələnin episentri Düşənbə şəhərindən 160 kilometr şimal-şərqdə, Sanqvor bölgəsində yerləşib. Zəlzələnin episentrində 5, Düşənbədə isə 3 bal gücündə təkan olub", deyə mətbuat katibi Yusufi bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində Tacikistanda dağıntı qeydə alınmayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə