Fransa yenə qarışdı: bu dəfə yanğınsöndürənlər ayağa qalxdı

Fransada bu dəfə də yanğınsöndürənlər meydanlara çıxıb. Yanğınsöndürənlər pensiya islahatlarına qarşı və daha yaxşı iş şəraiti üçün etiraz aksiyası keçiriblər.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin bir çox şəhərindən aksiyaya qoşulan yanğınsöndürənlər Paris küçələrində yürüş ediblər.

Etiraz aksiyasında polis və yanğınsöndürənlər arasında mübahisə yaşanıb. Belə ki, polis nəqliyyat hərəkətinə maneə törətdikləri üçün yanğınsöndürənlərdən yoldan çəkilmələrini istədikdə qarşıdurma yaranıb. Nəticədə polis gözyaşardıcı qazdan istifadə edərək aksiyaçılara müdaxilə edib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə