Suriyada nümayişçilərlə polis arasında toqquşma baş verib

Suriyada nümayişçilərlə polis arasında toqquşma baş verib
Suriyanın Latakiya limanında hökumət əleyhinə nümayiş keçirən kütlə ilə polis arasında toqquşma baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, toqquşma zamanı polis nümayişçilərə atəş açıb. Nəticədə 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Qeyd edək ki, hazırda şəhərə ordu yeridilib. Nümayişçilər hakimiyyətin islahatları sürətləndirməsini tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə