ABŞ hərbi bazasına hücum: 50 əsgər xəsarət alıb

Yanvarın 8-nə keçən gecə İraqdakı iki hərbi bazaya endirilən raket zərbələri nəticəsində 50 ABŞ əsgəri başından xəsarət alıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-polkovnik Tomas Kampbel açıqlamasında deyib.

“İranın raket zərbəsi nəticəsində bu günə qədər ABŞ-ın 50 əsgərinə kələə-beyin xəsarəti diaqnozu qoyulub”, - deyə general yaralılarının sayının arta biləcəyini vurğulayıb.

Digər Pentaqon sözçüsü Conatan Hoffman isə keçən həftə ümumilikdə 34 əsgərə kəllə-beyin xəsarəti diaqnozu qoyulduğunu söyləyib. Lakin ABŞ Prezidenti Donald Tramp əvvəllər atəş zərbəsi nəticəsində kiminsə ölmədiyi və hətta xəsarət almadığını söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə