Liviya xarici işlər nazirinin istefası təsdiqləndi

Liviya xarici işlər nazirinin istefası təsdiqləndi

İngiltərə hökuməti Liviya xarici işlər naziri Musa Koussanın istefa verdiyini təsdiqləyib. SİA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, İngiltərə hökuməti M.Koussanın Londonda olduğunu açıqlayıb.

 

Qeyd edək ki, Liviya xarici işlər nazirinə yaxın mənbələr nazirin Liviya hökumətinin vətəndaşlara qarşı hücumlarına görə istefa verdiyini bildiriblər. Liviya hökuməti Tunisdən İngiltərəyə hərəkət edən xarici işlər nazirinin "diplomatik bir vəzifədə olduğunu" açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə