Miqrantlar Parisdən təxliyə edilib

Fransanın paytaxtı Parisdə yol kənarında yaşayan təxminən 1400 miqrant təxliyə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə açıqlama verib.

Nazirlik açıqlamada Parisin şimal-şərqindəki Aubervilliers dairəsində polisin qanunsuz yaşayan miqrantlar üçün təşkil etdiyi əməliyyat nəticəsində qaçqınlar idman salonlarına və yaşayış mərkəzlərinə təxliyə edilib.

Fransa rəhbərliyi ölkədəki qanunsuz yaşayan miqrantlara, qaçqınlara, habelə düşərgələrdən evakuasiya edilmiş və müvəqqəti düşərgələrə yerləşdirilən insanlara pis rəftarına görə əməliyyatı həyata keçirənləri tənqid edib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə