Liviyadakı qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Hafter ilə əlaqəli olan qüvvələr paytaxt Tripolidə məktəbə hücum ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi olan Milli Konsensus Hökümətinin (UMH) verdiyi açıqlamaya görə, Tripolinin mərkəzindən təxminən 10 kilometr məsafədə cənubundakı Hadba bölgəsinə edilən hücumlar zamanı məktəbin həyəti dağıdılıb.

Həmçinin bildirək ki, hücumlarda ölən və yaralananların olduğu bildirilir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə