Rusiya, İran və Suriya hökuməti Suriyada sülhün bərqərar olmasına mane olur. SİA Sputnik radiosuna istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo özünün Twitter hesabında yazıb.

ABŞ dövlət katibinin fikrincə, Rusiya özü də ayrılıqda Suriyada sülhün bərqərar olmasına mane olur. Onun sözlərinə görə, bəlkə də məsələ burasındadır ki, sülhün vəziyyəti ABŞ-da tamamilə fərqli şəkildə qəbul olunur.

‘Biz bu barbar hücumlarını müzakirə edirik və təcili olaraq onları döyüşün dayandırılmasına çağırırıq”, deyə Pompeo Twitterdə yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə