İran dövlət televiziyasının verdiyi xəbərə görə, Tehrandan İsfahana səfər edən avtobus İsfahanın Sıpahan bölgəsində aşıb. SİAxarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 10 nəfər öldüb, 18 nəfər yaralanıb.

Qeyd edək ki, yaralılar hadisə yerində ilkin yardımdan sonra bölgədəki xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, bu ölkədə hər il təxminən 20 min insanın yol qəzalarının qurbanı olur.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə