Rusiyada neft emalı zavodunda yanğın baş verib

Rusiyada neft emalı zavodunda yanğın baş verib

Rusiyada neft emalı zavodunda yanğın baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata əsasən, hadisə Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində fəaliyyət göstərən, "Novoil" şirkətinə məxsus neft emalı zavodunda qeydə alınıb. İçərisində 2000 kub metr dizel yanacağı olan çənin alovlandığı bildirilir. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi barədə məlumat verilmir.

 

Təxminən 2 saat davam edən yanğın hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən söndürülüb. Ərazidə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə