ABŞ-ın Alabama ştatında yanğın: 8 ölü

ABŞ-ın Alabama ştatının Skottsboro şəhərindəki qayıq dokunda baş vermiş yanğın zamanı azı səkkiz nəfər ölüb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər yanğınsöndürmə idarəsinin rəisi Cin Niklau bildirib.

Onun sözlərinə görə, hazırda gəmilərin içərisində neçə nəfərin olduğunun müəyyənləşdirilməsi işləri görülür. Yanğın nəticəsində, ilkin məlumatlara görə, 35 gəmi yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə