Suriyada YPG-nin (PKK-nın Suriya qolu) “Barış pınarı” zonasında terror aktı həyata keçirməyi planlaşdıran 5 silahlısı ələ keçirilib. SİA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular Tall-Abed şəhərində yaxalanıblar. Nazirlikdən qeyd ediblər ki, terroçuların yaxalanması əməliyyatı şəhərin müxtəlif ərazilərində eyni vaxtda keçirilib.

Əməliyyat zamanı terrorçulardan “Kalaşnikov” avtomatı, ov tüfəngi, tapança, iki ədəd əldəqayırma tapança, xeyli sayda döyüş sursatı və s. götürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə