Yaponiya jurnalistlə bağlı məlumat verdi

Yaponiya Xarici İşlər Nazirliyi bir Yapon jurnalistinin Rusiyada tutulmasından xəbərdardır, ancaq bu məsələ ilə bağlı təfərrüatları açıqlamaqdan çəkinir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bilirik ki, ötən il dekabrın 25-də Kyodo agentliyindən bir jurnalist yerli hüquq-mühafizə orqanları tərəfindən tutulub. Məlumat toplamaq məqsədi aşkarlanıb, sonra sərbəst buraxılıb və ertəsi gün ölkəni tərk edib. Yaponiya Xarici İşlər Nazirliyi təfərrüatları açıqlamaqdan çəkinib", deyə RİA Novostiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Xatırladırıq ki, bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyi, Rusiyanın Uzaq Şərqdəki hərbi potensialı ilə bağlı gizli materiallar əldə etmək istəyərkən, Vladivostokdakı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyada jurnalist vizası alan Yapon vətəndaşını saxladığını bildirib. Rusiyada akkreditə olunmuş yapon diplomatlarına etiraz edilib və bu hadisə ilə əlaqədar nota verilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə