Pompeo ilə İraqın Baş naziri arasında telefon danışığı olub

Pompeo ilə İraqın Baş naziri arasında telefon danışığı olub

ABŞ Dövlət katibi Mayk Pompeo ilə İraqın Baş nazirinin səlahiyyətlərini icra edən Adel Abd əl-Mehdi arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətindən məlumat yayılıb.

İki dövlət nümayəndəsi ABŞ-ın Bağdaddakı səfirliyinin son vaxtlar atəşə tutulmasını müzakirə edib.

“Dövlət katibi Pompeo İranın silahlı qruplaşmalarının ABŞ-ın İraqdakı obyektlərinə davam edən hücumlarından, o cümlədən dünən səfirliyimizə bir nəfərin xəsarət alması ilə nəticələnən hücumlardan təəssüfləndiyini dilə gətirib. Dövlət katibi bildirib ki, bu hücumlar İraqın suverenliyinə qarşı bir hörmətsizlikdir”, - məlumatda belə deyilir.

Eyni zamanda qeyd olunur ki, Pompeo “Baş Nazir Abd əl-Mehdinin amerikalı heyətin və diplomatik obyektlərin qorunması üçün təhlükəsizlik tədbirlərini gücləndirmək barədə öhdəliyini yüksək qiymətləndirir”.

Bütün xəbərlər Facebook səhifəmizdə