Almaniyada koronavirusa ilk yoluxma halı qeydə alınıb

Almaniyada yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya ilk yoluxma halı qeydə alınıb. SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Bavariya federal əyalətinin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, koronavirus Ştarnberq bölgəsindən olan bir kişidə aşkarlanıb: “O, nəzarət altındadır və ətrafdakılardan təcrid olunub”.

Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

Yeni növ 2019-nCoV koronavirusun yaratdığı pnevmoniyanın bölgədə yayılması riski hazırda təhlükəli hesab edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə