Ukraynanın bəzi orta məktəblərində karantin elan edilib

Ukraynanın 10-a yaxın vilayətinin orta məktəblərində qrip və kəskin respirator virus infeksiyasının yayılmasına görə karantin elan edilib. SİA xəbər verir ki, artıq Volın, Odessa, Luqansk, Jitomir, Rivnə, Sumı, Zaporijya və Vinnitsyanın bir çox orta məktəblərində karantin elan edilib.

Karantinin müddəti 10-15 gündür, lakin ölkədə qrip epidemiyasının vəziyyətindən asılı olaraq bu müddət uzadıla bilər. Qrip epidemiyasına görə dərs davamiyyəti aşağı düşən digər vilayətlərdəki orta məktəblərdə karantinin elan ediləcəyi gözlənilir.

Ukraynada isə yeni epidemioloji mövsümdə qripdən həlak olanların ümumi sayı 13 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə