Finlandiyada kağız sənayesi işçiləri tətillərə başlayıblar

Finlandiyada kağız sənayesində işləyən 8 min işçi tətillərə başlayıb.

SİA xəbər verir ki, işəgötürənlər birliyi ilə iş şəraiti barədə aparılan danışıqların uğursuz nəticələnməsindən sonra kağız sənayesində işləyənlər tətilə başlamaq qərarını veriblər.

Tərəflər arasında əsas fikir ayrılığı rəqabət qabiliyyətini artırmaq üçün elan olunan tədbirlər çərçivəsində təqdim olunan aylıq əlavə 24 saatlıq iş cədvəli ilə bağlıdır. İşçilər əlavə iş saatlarının ləğv olunmasını və ya bu iş saatlarına görə maddi kompensasiya almaq istəyirlər, lakin işəgötürənlər bu tələblərlə razılaşmır.

Qeyd edək ki, Finlandiya iqtisadiyyatında kağız və meşə sənayesi önəmli yer tutur. Tətilin fevralın 17-dək davam edəcəyi nəzərə alınsa, bunun ölkə iqtisadiyyatına böyük zərər vuracağını demək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə