Tailand su altında qalıb

Aramsız yağan leysan xarakterli yağışlar Tailandın 5 vilayətində subasmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, nəticədə 9 nəfər ölüb. Təxminən, 34 rayonun 1292 yaşayış məntəqəsində qeydə alınmış subasma 60 min insana və infrastruktura ciddi ziyan vurub. Təhlükəsizlik tədbirləri çərçivəsində təbii fəlakət bölgəsində yerləşən bir neçə hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

 

Yağıntılı hava şəraitinin bölgədə davam edəcəyi proqnozlaşdırılır. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə