Gizli məlumat toplayan Yapon “jurnalist” cəsus tutulub. SİA Sputnik radiosuna istinadən xəbər verir ki, Rusiya Federasiyasına jurnalist vizası ilə gələn Yaponiya vətəndaşı, Rusiyanın hərbi potensialı ilə bağlı gizli materiallar toplamağa çalışdığı üçün Uzaq Şərqdə saxlanılıb.

Saxlanılan şəxs artıq Rusiyanı tərk edib. Etiraz notası isə Yapon diplomatlarına təhvil verilib.
Hadisə ilə əlaqədar etiraz notası verilmiş Yaponiyanın Moskvadakı səfirliyinin nümayəndəsi danışığa çağrılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...