Xorvatiya Müdafiə Nazirliyinə aid hərbi helikopter təlim uçuşları həyata keçirən zaman Adriatik dənizinə düşdüyü bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada "OH-58 D Kiowa" hərbi helikopterinin bu səhər başlayan təlim uçuşu zamanı Zlarin adasının yaxınlığına qəzaya uğradığını və ekipajın tapılması, xilas edilməsi üçün bütün lazımi addımların atıldığı qeyd edilib.

Bildirək ki, Sibenik polisinin verdiyi məlumata görə, qəza yerli vaxtla 11:00 radələrində baş verib.Qəzaya uğrayan helikopterdəki ekipajların sayının hələ bilinmədiyini söyləyən polis qəza yerinə axtarış-xilasetmə qruplarının gəldiklərini qeyd edib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə