Şimali Koreya liderinin bibisi illər sonra ortaya çıxdı: ərinin qatili ilə yan yana

Şimali Koreya lideri Kim Çen Inın bibisi Kim Kyong-hui 6 il sonra yenidən rəsmi tədbirlərdə görülməyə başlayıb.

Kim Kyong-hui həyat yoldaşının edam əmrini verən qardaşı oğlu Kim Çen In ilə birlikdə yeni il şənliyi çərçivəsində keçirilən tədbirdə iştirak edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kim Kyong-hui tədbirdə Şimali Koreyanın lideri Kim Çen In və həyat yoldaşının yanında protokolda əyləşib.
Xatırladaq ki, Kim Kyong-huinin həyat yoldaşı 6 il əvvəl Şimali Koreyanın lideri tərəfindən vətənə xəyanət ittihamı ilə öldürülmüşdü.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...