Nümayişlərdə 2 etirazçı həyatını itirib

İraqın paytaxtı Bağdadın Təhrir meydanında davam edən etirazlar zamanı iki nümayişçinin silahlı atışmada öldürüldüyü bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nümayişlərdə biri etirazçının başından yaralandığını deyən təhlükəsizlik qüvvələrinin əməkdaşı ümumilikdə silahlı atışmalar zamanı yaralananların sayının 33-ə yüksəldiyini bildirib.

Qeyd edək ki, İraq Parlamentinin İnsan Haqları Komissarı ötən günlərdə 12 nümayişçinin öldüyünü açıqlayıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə