Koronavirusdan ölənlərin ümumi sayı 80-ə çatıb

Çində son sutka ərzində yeni növ koronavirusun səbəb olduğu sətəlcəmdən 24 nəfər ölüb, ölənlərin ümumi sayı 80-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bütün yeni ölüm halları Hubei əyalətində baş verib.

Ümumilikdə, yeni virusa yoluxanların sayı 2794 nəfərə çatıb. Qeyd edilir ki, Honq Konqda səkkiz, Makaoda beş, Tayvanda dörd nəfərdə virus aşkar edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə