Partlayıcı xəstəxanada partladı

Kustar üsulla hazırlanan partlayıcı qurğunun partlayışı Honq Konq xəstəxanasında baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Məlumata görə, bazar ertəsi gecə, Honq Konqdakı bir xəstəxananın tualetində kustar üsulla hazırlanan partlayıcı cihaz partlayıb. Hadisədə heç kim xəsarət almayıb.

Hadisə Caritas Tibb Mərkəzində yerli vaxtla saat 2:30 radələrində baş verib. Nəticədə 20 xəstə tibb mərkəzindən təxliyə edilib.

Xəstəxana nümayəndəsinin sözlərinə görə, təcili yardım şöbəsi tualetdə yüksək səs eşitdikdən sonra onlardan birinin partladığını aşkar ediblər. Tibb müəssisəsi hadisəni hüquq mühafizə orqanlarına xəbər verib.

Hadisə yerinə gələn mütəxəssislər xəstəxanada bir bomba partladığını təsbit edib. Araşdırma zamanı şüşə parçaları, batareyalar və elektrik dövrələri tapılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə