Amerikalı məşhur basketbolçu Kobe Brayant helikopter qəzasında həlak olub

Əfsanəvi basketbolçu Kobi Brayant ölüb.

Apasport.az saytının məlumatına görə, Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı helikopter qəzasında həyatını itirib.

41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Helikopterin yerə çırpılması nəticəsində yanğın baş verdiyi bildirilir.

Qeyd edək ki, karyerasını 2016-cı ildə başa vuran K.Brayant karyerası ərzində yalnız bir klubda – “Los-Anceles Leykers”də oynayıb. 5 dəfə MBA çempionu olan basketbolçu yarışın tarixində ən çox xal toplayan 4-cü bombardirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...