“Sakit ol Əzizə, hamımız yuxarıdayıq...” XİLASEDİCİLƏR

Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələdən sonra xilasedici dəstələri dağıntılar altında qalmış bir nəfərlə mobil telefon rabitəsi qurmaq imkanını əldə edib. SİA Takvim.com.tr-yə istinadən xəbər verir ki, xilasedici dəstələri adının Əzizə olduğu öyrənilən qadına mövcud halda nə etməli olması barədə təlimatlar veriblər.

“Sakit ol Əzizə, hamımız yuxarıdayıq. Aşağıdakıların hər birinin ümidi sənsən. Heç kim yuxuya dalmasın, yatmasın. Səsləri kəsilərsə, bizə xəbər ver. Heç kimin yatmasına izn verməyin”, deyə xilasedicilər Əzizə adlı zərərdidə ilə mobil telefon rabitəsi qurarkən bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...