İraqdakı hərbi bazaların atəşə tutulması nəticəsində ümumilikdə 34 ABŞ əsgəri yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran yanvarın 3-də Bağdadda iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq Amerika bazalarını bombalayıb. Həm prezident Donald Tramp, həm də Pentaqon tərəfindən səsləndirilən ilkin rəsmi məlumatlara görə ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

"Son məlumatlara görə, 34 əsgər kontuziya olub və beyni zədələnib", Hoffman ötən gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda səkkiz hərbçi ABŞ-da, digər 9 nəfər Almaniyada müalicə olunur. Qalanları İraqdakı bölmələrinə qayıdıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə